Cal Newport – Pürdikkat

İlk hissə

“Dərin iş” və ya “Deep Work” adlı bu kitabda (Bundan sonra pürdikkat olaraq qeyd edəcəm) burada fikirlərimi çatdırmağa çalıaşcam. Kitabın əsas forması niyə pürdikkat işləməliyik və bunu necə edəkdir. İlk bölümdə pürdikkat işləməyin mahiyətindən, qazanclarından, fokuslanaraq işləməyin əhəmiyyətindən danışır yazar, bir çox fərqli nümunələr, elmi araşdırmalar və məqalələrdən fikirlər irəli sürür. Oxuyucuya tam olaraq fokuslanaraq işləməyin vacibliyini izah etməyə çalışır. Buna çalışarkən də bir neçə fərqli növ manelələrdən söhbət gedir. Emaillərə baxmaq, sosial şəbəkələrdə vaxt öldürmək, diqqətimizi dağıdacaq bir məkanda işləməyə çalışmaq, “multitasking” etməyə çalışmaq kimi bir çox məsələni sadalayan yazar hər birinin məhsuldarlığa nə qədər böyük ziyan vurduğunu izah etməyə çalışır.

Bəzi misallar gətirərək bunu qısaca izah edə bilərik deyə düşünürəm (yazarın verdiyi misallardan). Emaillər iş zamanı nə qədər vacib olsa da tapşırığımızı yerinə yetirərkən işimizi yarım qoyub “vacib” olduğu düşünülən bir emailə keçid etdikdə, həm o email üzərində vaxt ititirik, həm də yenidən işimizə qayıdıb fokuslanıb çalışmaqda çətinlik çəkirik. Digər məsələ A işini bitirməmiş B işinə keçdikdə diqqətimizin bir qismi A işində qalır və bu da bizə B işinə tam fokuslanmağa mane olur.

Öz başımıza nə qədər gəlib dərs oxuyanda ya da işləyərkən: tam fokuslanıb bir işi görməyə çalışırsan, 5 saniyəlik bir söz soruşma və ya telefonda gələn bildiriş bütün diqqətini dağıdır. Ən yaxşı halda təkrar 1 dəqiqəni ayıraraq nə etdiyini xatırlayıb fokuslanmağa çalışmaqla vaxt itirirsən. Ən pis halda isə bir də ayılırsan ki 5 saniyəlik bildiriş olub 1 saat və sən hələ də sosial şəbəkədən çıxıb işinin (dərsinin) başına qayıda bilməmisən.

Kitabın ikinci bölümündə yazar bir çok taktikalar və ya formalar göstərək həm bu dəqqət dağıdıcı məsələlərdən necə qurtula bilərik, həm də fokuslanmağımızı (pürdikkat işləməyi) necə daha yaxşı şəkildə edə bilərik onları izah etməyə çalışır.

Məncə hər kəsin vaxt ayırıb oxuması gərəkli olan kitablardan biridir. Nə də olsa, günü gündən pürdikkat işləməyin dəyəri araraq gedir. Həmçinin pürdikkat işləməyin verdiyi faydaların ardı-arası kəsilmir. Ən azından yoxlamağa dəyər.

İnidən oxuyacaq hər kəsə xoş mütaliələr..

İkinci hissə

Buradan sonrası isə bir növ kitabın qısa xülasəsi olacaq, oxuyanlar üçün sonradan təkrar mənbəyi, oxumayanlar üçün və uzun-uzun oxumaq istəmiyənlər üçün isə qısa forması. Başlayaq.

Vurğulamalı olduğumuz məsələlərdən ən əsası fokuslanaraq işləməyin nə qədər önəmli olmasıdır. Burada bir iş gününün sonunda özümüzdən soruşa bilərik, “Bu gün hansı işləri tamamladım”, çox vaxt “ən çox işləyən” kimi görünən iş yoldaşlarımız iclaslara qatılmaq, emailləri cavablamaq, nələrisə müzakirə etməklə büün iş zamanını doldurduqlarından əslində ortada heç bir işi tamamlamış olmurlar. Bəs bizim də istədiyimiz budu? İşləyirmiş kimig görünmək yoxsa həqiqətən iş tamamlamaq?

Günü gündən fokuslanaraq çalışmağın dəyəri artır. Çünki çox az insan fokuslanaraq çalışmağı bacara bilir. Buradakı əsas məsələ fokuslanaraq 1 saata gördüyümüz iş bəzən vaxt öldürərək keçirdiyimiz günlərin qazancından daha çox olur, ya da elə fokuslanmadan işlədiyimiz zaman nisbətində daha qısa vaxtda daha çox iş görmə imkanı yaradır bizə.

Fokuslanmaq dedikdə ümumiyyətlə bölünmədən işləmək, multitasking etməmək və tez-tez bir işi yarım qoyub digərinə keçməməkdən söhbət gedir. Axı bunların mənfi tərəfləri nədir?

Fokussuz işləməyin mənfi cəhəti hər fokusumuzu dağıdan bir bildiriş bizim geriyə, yenidən fokuslanmaq üçün əlavə əziyyətə qatlanmağa məcbur olmağımız deməkdir. Eyni zamanda 2 işlə məşğul olmağa çalışmaq isə fokusumuzun itməsinə görə demək olar ki daha yavaş və daha zəif qavrama qabiliyyəti nəzərdə tutulur. Və sonuncu məsələ, bir işə olan foksumuzu yarım qoyub, tamamlamadan ikinci işə keçdikdə – ikinci işə tam fokuslana bilmirik, beynimizin bir hissəsi hələ də ilk işi fikirləşməklə məşğul olur.

Əsəsrdə bir çox formada elmi və praktiki üsullarla fokuslanaraq işləməyin əhəmiyyəti göstərilməyə çalışılıb. Kitabın ilk bölməsi əsasən fokuslanaraq (pürdikkat) işləməyin nə olduğuna və niyə önəmli olduğuna diqqət çəkməyə çalışıb.

Yekunlaşdıracaq olsaq niyə pürdikkat işləməliyin üç cavabı:
*Sektorun ən yaxşısı olmaq və bunun maddi və mənəvi imtiyazını yaşamaq
*Fokuslanaraq işləməyin sonunda daha çox istehsal etmək hissi və istehsal etməkdən məmnunluq
*Həmişə əlçatan olmaqdan qaçınmaq

İndi isə praktiki olaraq necə fayda sağlayacağımızı nümunələrlə anlatmağa çalışılan ikinci bölməyə keçək.

Qayda 1. Dərinləş.
Dərinləşmək deyərkən fokuslanmağın önəmindən və fokuslanmağı bir həyat tərzinə çevirməkdən danışılır. Burada 4 fərqli formada vaxtımızı fokuslanma aralıqlarına bölməyi nəzərdə tutur yazar. Gəlin 4 fərqli formada “pürdikkat” işləməyə baxaq

1. Rahib yanaşması – Bir rahib kimi özümüzü bütünlükdə bir işə adayıb bütün zamanımızı buna fokuslanaraq keçirməyə çalışmaq, digər bütün işləri ya etməmək ya da ən aza endirmək. Bir növ dünyadan təcrid olub öz işimizlə məşğul olmaq (misal üçün 1 həftə, 1 ay)
2. İkili rejimli yanaşma – Həftənin bəzi günləri rahib kimi bütünlüklə işimizə fokuslanmaq, həftənin digər günü isə normal həyatımızı yaşamaq (Misal üçün ilk 4 gün fokuslanaraq sadəcə işləmək, son 3 günü normal həyatımızı yaşamaq)
3. Ritmik yanaşması – Burada günün müəyyən hissələrini bölüb həmin hissələrdə pürdikkat çalışacağımızı planlamaq, qalan azamnalarda normal həyatımızı yaşamaq. (Misal üçün hər səhər 09:00-12:00 aralığı sadəcə fokuslanaraq işləmək, digər zamanlar normal günlük fəaliyyət. Burada əsas olan planı hər gün etmək – zincir yaratmaq və onu qırmamağa çalışmaq)
4. Jurnalist yanaşması – Bir jurnalist kimi – normal həyatımızı yaşamaq amma hər boş vaxtda – hər fürsətdə qaçıb fokuslanaraq işləmək (Burada güclü fokuslanma qabiliyyəti lazım gəlir)

Bəs biz nə qədər fokuslanaraq işləyə bilərik desək, kitab bizə yeni başlayanların gündə 1, bu işdə ustalaşanlar isə gündə 4 saat olaraq qeyd edir yazar.

Rituallaşın.
– Bir iş yeriniz və işləmə zamanınız olsun
– Nəzarət edilə bilən həfərləriniz olsun
– Əgər diqqətinizi yayındırmırsa və sizə fayda verirsə əməkdaşınız olsun
– Birdən çox məqsədiniz varsa, işləyərkən foksunuz o ankı hədəfinizdə olsun
– Özünüzə fasilə verin, bəzən “bu günlük bitdi” deməyə cəsarətiniz olsun
– Həmişə hər iş sona çatmıya bilər. Siz “Bitdi” deməyi bacarın.

Bəz hədəflərinizi qoyarkən nələrə diqqət etmələsiz?
İntizam #1: Ən vacib olana diqqət yetirin – sizin üçün vacib olan nədir? Planınız, hədəfiniz, çatmaq istədiyiniz məqsəd nədir?
İntizam #2: Rəhbər meyarlara diqqət yetirin – ikili ölçünüz olsun, misal üçün əgər məqalə yazacaqsanız əsas hədəfiniz məqalə sayınız olduğu halda, rəhbər meyarınız – yəni ikincil ölçünüz hər məqalə üçün neçə saat fokuslanaraq işlədiyiniz olsun.
İntizam #3: Möhkəm bir tablo saxlayın – gözünüzün qabağında neçə məqalə yazdığınızı, hər məqalə üçün neçə saat vaxt ayırdığınızı göstərən bir tablo – cədvəl olsun
İntizam #4: Davamlı gözünüzü hərəkətlər cədvəlində saxlayın – gününüzü zaman bloklarına bölün və ehtiyac halında sürüşdürsəz belə, əvvəlcədən növbəti addımınızın bilincində olun

Bəzən istirahət mütləq lazımdır:
Əsaslandırma #1: Fasilə zehni açır
Əsaslandırma #2: Fasilə batareyanı doldurur
Əsaslandırma #3: Onsuz da bitmiş batareya ilə səyahət edə bilməzsiniz

Qayda 2. Can sıxıntısından qaçma
– Vaxtınızın çoxunu fokuslanmağa ayırın, fokusunuzu pozmağa yox. Amma yenədə fokuslanmadan edə biləcəyiniz səthi işlərə də yer verin ki beyniniz istirahət etsin, lazım gəldikdə yenidən fokuslana biləsiniz.
– Məhsuldar meditasiya deyilən bu iş, ən səthi işlərlə məşğul olarkən düşünün, beyninizdə olanları ört-basdır etməyin, beynizi öz hədəfləriniz barədə düşünməyə sövq edin.
– Zehniniz döngüyə girib eyni şeyləri təkrar-təkrar düşünə bilər. Diyanın, dərin nəfəs alın və bu döngüdən çıxın.

Qadya 3. Sosial şəbəkədən çıxın.
– Əgər bir şeydən az da olsa fayda əldə edirəm deməyiniz düzgün yanaşma deyil, az bir şey üçün çoxlu vaxtınızı ziyan etməyin.
– Seçici olun, unutmuyun ki işlətdiyiniz tətbiqlərdən 20 faizi əslində aldığınız faydanın 80 faizini verir. Bu 20 faizlik qismi saxlayıb əslində digər 80 faiz tətbiqin işlənməsindən uzaqlaşa bilərsiniz, cəmi 20 faiz fayda itirmiş amma əvəzində boşa xərclənən 80 faiz zamanınızı geri qaytarmış olursunuz.
– Həftə sonlarınızı və axşamlarınızı faydalı işlərlə doldurun, əgər doldurmasaz sizin yerinizə bu zamanınızı sosial mediya dolduracaq. Unutmayın həyatınız sadəcə 8 saatlıq işdən ibarət deyil, bunun yanında 8 saat yatmalı, ekstra olaraq da 8 saat öz şəxsi hədəf və maraqlarınıza vaxt ayırmalısınız, əks təqdirdə iş və yuxudan kənarda qalan vaxtınızı sosial şəbəkələr dolduracaq.

Qayda 4. Dayaz sulardan çəkinin
– İşlərinizi dərinliyinə görə çeşidləndirin. Bu işi görmək üçün nə qədər dərin biliyə ehtiyac var – sualını verin və bir stajörün belə edə biləcəyi işlərdən çox, işində ustalaşmış şəxslərin edə biləcəyi ciddilikdə işlərə fokuslanın.
– İş saatlarınızı konkret olaraq təyin edin. Bu da sizin üstünüzdə bir təzyiq yaradacaq və daha az zamanda daha çox iş görərək işinizi bitirməyin əhəmiyyətini artıracaq
– Göndərilən hər mesaja cavab vermək məcburiyyətində olmadığınızı unutmayın. Və mesajlara cavab yazarkən bunun sizin maksumum 2 dəqiqənizi almasına diqqət edin.

E-poçt diktaturası ilə necə mübarizə aparmaq olar?
Taktika №1: E-poçt göndərənlərinizi əziyyətə salın – sizə məktub göndərənləri məcbur edin ki daha konkret olsunlar, öncədən araşdırmış olsunlar və sadəcə bir dəfəyə cavablaya biləcəyiniz konkret suallar versinlər.
Taktika №2: E-poçt yazarkən və onlara cavab verərkən diqqətli olun – qarşı tərəfin bir dəfəyə cavab verə biləcəyi məktub yazın, məsələni uzatmağa yox sürətli şəkildə bağlamağa çalışın
Taktika №3: Cavab verməyin – hər şeyə cavab ermək məcburiyyətində deyilsiz. Düzgün və konkret yazılmamış emailləri cavablandırmaq kimi bir məcburiyyətiniz yoxdur.

Müəllifin çıxışları:
https://youtu.be/3E7hkPZ-HTk
https://youtu.be/ROKQHRfh2mA
https://youtu.be/qwOdU02SE0w

Kitab haqda youtube incelemeler:
https://youtu.be/md_-Zh3T3sU https://youtu.be/WYm3xZzOEtA
https://youtu.be/SNMFnnZhcqg

Digər yazılardan qeydlər:
http://kedifesto.com/purdikkat-bir-hayat/
https://kelimelerinzihni.wordpress.com/2021/02/05/purdikkat/
https://www.goodreads.com/review/show/2615100299
https://1000kitap.com/gonderi/64191582?oku=1
https://1000kitap.com/gonderi/70103088?oku=1
https://muhammedbuyukkinaci.tumblr.com/post/672300944594288640/p%C3%BCrdikkat-notlar

Andy Weir – Artemis

Əslində bilim-kurqu (yaxşı, yaxşı: Elmi fantsika) çox bəyəndiyim janırdı. Lakin indiki formada bir kitabda olacaq səma proseslərindən daha çox o kitabın öyrədiciliyi və çatdırmaq istədiyi mesaj önəmli gəlir.

Artemis gerilimi orta səviyyədə, maraqlılığı normal, amma duzu əskikdi, obraz ciddi şəkildə düzgün olmayıb. Baş qəhramanın formalaşmasın tam etməyib, yarım-yamalaq qalıb. Onu qoyduq bir qırağa. Bu kitabı sizə oxumağa mütləq tösüyə edərəm? Əlbətdə ki, yox. Oxumayınd emiyəcəm, yaxşı kitabdı, oxumaq istəyirsinizsə oxuyun, özüm 10 üzərindən 8 verdim.

1 balı obrazların formalaşmasının tam olmamasına, hekayənin içindəki kimya informasiyalarının doğrulama ehtimalımın olmamağı və inandırıcılıq dərəcəsinin zəifliyinə, (ki əslində elmi fantasikada bunu gözlüyürəmsə gedim Jules Verne falan oxuyum da day, bu mənasız balkasməyə görə özümdən də bir bal kəsdim. Bundan əvvəlki kitabın yazısını da pis yazdığım üçün 1 balda ona kəsdim. Özümə də oldu 8 bal).

Digər 1 balı da əvvəl bildirdiyim kimi gerilimi o “doruk noktası”-na çıxarmaq istədiyi anlarda tam alınmamış olması və öyrədiciliyinin həqiqətən zəif düşməsi üçündür. Öyrədicilik deyəndə demirəm ey durub fizika dərsi keçsin (kimya dərsi keçdi heç nə qammadım), ya da riyazi düsturlardan danışsın. Ay Tarixi dərsindən də söhbət getmir. Hadisələrə baxış bucağı, alternativ variantları görmə falan nəzərdə tuturdum.

Bir məsələ, elmi fantasikanı -elmi fantasika edən nədi? Olmayan yox, olma ehtimalı olan şeydən danışılması (Micheal Kakuya salam olsun), astrnomik bir prosesin bizə uyğunlaşıdırlmış və bizm ora uyğunlaşdırılmış halımızdan və ya o astronomik canlının “olma” məqsədindən danışılması (Tevfik Uyara salam olsun). Məncə bunu rahatlıqla elmi-fantasika saya bilərik. Ona görə də oxuyun.

Susanna Tamaro – Kitablardan qorxan uşaq

Bu yaxınlarda tanıdığım gözəl insanlardan biri olan Günel Həsənovanında arasında olduğu kiçik komanda italyan yazıçısı Susanna Tamaronun “Kitablardan qorxan uşaq” adlı əsərini dilimizə tərcümə edib nəşr etdirdilər. Kitabın təqdimatında şəxsə iştirak etdim, başqa bir çox gözəl insan kitabı mənə hədiyyə etdi. Kitabı oxuyuy bitirəndən sonra fikirlərimi sizinlə bölüşmək istədim.

Əvvala qeyd edim ki, kitab “Sonuncu Əsr MAarifçi Klub” tərəfindən “Sonuncu Əsr Yayınları”-nda nəş edilib. Kitab haqqında və müsbət fikirlərə başlamadan, gözümə çarpan mənfi tərəfləri qeyd etmək istiyirəm.

1. Kitabda işlənən şəkillərin yarısı çox keyfiyyətiz alınıb. Əgər komandadan kimsə səsimi eşidirsə, dizaynerə xahişimi çatdırsın: Növbəti dəfə böyük pikselli şəkillərdən istifadə etməyə çalışsın və ya vektorlardan istifadə etsin. Yəni yarısı pisdi, amma digər yarısı yaxşıdı. Onda alınır, üzərində biraz çalışsa lap yaxşı ola bilər. Kitabı oxusaz şəkillərin mövzuya necə uyğun olduğunu siz də görəcəksiz, bu müsbət tərəfi də vurğulamaq lazımdı.

2. İSBN yoxdu, barkod yoxdu, normal nəşr məlumatları yoxdu. Kitab kitab kimi görünmür. Başa düşürəm, yayın edən qrumun ikinci kitabıdır. Gələn dəfələrdə daha yaxşı oalcağına ümid edirəm. Həm tiraj sayını qeyd etməsələrdə, özlərindən 50 ədəd çap etdirdiklərini öyrəndim.

3. Tərcümə barəsində dil biliklərim yaxşı olmadığı üçün səhvlər haqqında deyə bilmiyəcəm. Yəni nə cümlə quruluşunda səhv, nə də hərf səhvləri rastıma çıxmadı. Lakin tərcümə məsələsində xoşagəlməz (mənim xoşuma gəlməyən) bir şey var. Kitab itayancadan yox, türkcədən tərcümə edilib. Tərcümənin tərcüməsi. O qədər də cidid bir problem deyil. Oxuya bilərsiz.

Məncə də oxuyun. Maraqlı kitabdı, 50 səhifədi, mənim kimi yavaş oxuyursunuzsa yarım saat bəs edəcək. Yəni, yarım saatınızı ayırmağa dəyər.

Bu səfər spoiler olamasın deyə kitabın içinə çox girmiyəcəm, qısaca onu deyim ki, mənə görə əsərin ən maraqlı hissəsi, Leapoldun valideyinlərə “Niyə kitab oxumalıyam” deyə sulaına cavab verə bilməmələri idi. Bir də kitab göstərdi ki, bəzi şeylər düşündüyümüz kimi olmaya bilər.

Kitabı GoodReads-ə əlavə etdim, oxuyandan sonra fikirlərinizi siz də bildirin: Kitablardan qorxan uşaq.

Herman Hesse – Yalquzaq

İlk təkdir ya təklər ilkləri gətirənlərdilər?

Hə. Belə. Açığı kitab oxuyan deyiləm mən. Görünüş aldatmasın sizi. Uzun illərdi kitabdan “uzaq” qalmışam. O “uzaq”-lıqdan sonra ilk kitabımı nəhayət ki, 2 aya bitirdim. Zarafat bir yana, keçək kitaba. Amma, qeyd edim ki “spoiler” var, dolu-dolu, başdan sona qədər. Özünüz bilin.

Söhbət Herman Hessenin “Yalquzaq” əsərindən gedir. Kitab bir neçə hissədən ibarətdir:

  1. Tənhalıq hissəsi
    1. Otaq kirayə verən bir xanımın bacı oğlunun gözündən
    2. Harrinin gözündən
  2. Herminenin hissəsi
  3. Pablonun hissəsi

Tənhalıq hissəsi, əsərin başlanğıcı olub, özlüyündə iki hissəyə ayrılır, hansı ki xazeykanın qardaşı oğlu gözündən Harrinin təsviri, sonra isə Harrinin öz gözündən başına gələnlər, “Yalquzaq haqqında traktat”, ta ki Hermine ilə tanış olana qədər. Ondan sonra gəlir əsərin ikinci hissəsi, Hermine. Bu hissə də uzanır gedir, Pablonun o möcüzələr teatrına qədər. Həmin tamaşa isə əsərin son hissəsidi. Əslində bu mənim öz bölgümdü, kitab haqqında rəylərə baxsaz, oxucular təmiz başqa formalarda 3 hissəyə bölüblər.

Gəlin elə başdan başlayaq. Əsər müəllif 2-ci şəxsin sözləriylə başlayır. Xazeykanın bacısı oğlu. Onun sözlərində və onun əsas obrazla olan söhbətlərində bizə ilkin informasiyalar verərək təsəvvürümüzdə canlandırmağımızı istəyir. Həmin hissə “Naşirin ön sözü” ilə başladığı üçün xazeykanın bacısı oğlu yerinə biz naşir deyək. Naşirin ilk diqqətə çarpan sözü: “Yalquzaq yaşı əllini haqlamış bir kişi idi” oldu. (Bunu niyə qeyd etdiyimi qarşıda deyəcəm). Ardınca kitabdan başqa bir alıntıya baxaq: “Sanki, hamısı zarafatdı. Elə bil, öz aləmində başqa işlə məşğul ola-ola gəlib mənzil kirələməsi, adamlarla almanca danışması özünə dəqəribə gəlirdi.” Yəni obrazımız fikri tamam başqa yerdə olub, dünya-aləmdən xəbərsiz, öz kefində yaşayan, lakin bununla yanaşı adi bir insan kimi davranaraq müəyyən hərəkətləri yerinə yetirir. Sonrası naşirin gözündən obrazın niyə “Yalquzaq” olması, və obrazın naşirlə söhbətlərində bu fikri dəfələrlə təkrarlaması bizim üçün tam bir “Yalquzaq” formalaşdırır. Yəni, “Yalquzaq” deyərkən biz hansı xüsusiyyətlərə xas bir insanı təsəvürümüzdə canlandırmalıyıq?. Elə həmin hissələrdə, “Yalquzaqlaşmağa başlanğıcın” İncildən gəlməsi ifadəsi səslənirdi. “Bəşər övladını sev”. Həmin paraqrafı özünüz oxuyun.

Ardınca “Yalquzağımızın” otağının təsviri: kitablar, rəsm əsərləri. İncəsənətə və ədəbiyyata necə önəm verən birisidir. (Ki, sonradan musiqi mövzusunda çoxlu müzakirələri olduğunu görəcəyik).

Bu hissələrdə, kitabın ilkin hissəsində qabardılan mövzu: meşşan –dır, kitabın türkcə versiyasında “orta sınıfa mensup” kimi gedir.

https://azerdict.com/az/izahli-luget/me%C5%9F%C5%9Fan

Harrinin əsas problemi ətrafındakı meşşanlara həm həsəd aparması, həm də diksinməsidir. Təmizlik birxətlidir, çirklilik çoxxətli. Çoxxətli birxətliyə həsrətlə və hörmətlə baxır, arzulayır, həsəd aparır. Sonra, bəlkə də onun kimi ola bilmədiyi üçün, özünə, nəticə etibari ilə ona nifrət edir.

Gəlin sizə kitabdan bir paraqraf oxuyum:

Burada iki ifadə səsləndirə bilərik: “Düşünməyi öyrənmək lazımdır ki, düşünəsən, yoxsa düşüncələr içində boğularsan”, və ya “İnsan unudur ki, düşünmək üçün yaradılmayıb, nə zamansa düşünməyə başlasa, düşüncələr arasında itib-batacaq”.

Gəlin ümumi baxaq. Bu ilk hissədə əsas qabardılan mövzu “meşşanlıq”, “insanın özünə nifrəti”-dir. İlk hissənin növbəti parçasında Harrinin öz sözləri izləyir bizi. Burada isə əsas mövzu “Yalquzaq” olur.

Baxın, əvvəlcə bu fikri səsləndirim: Şizofreniyanı bir insanın həqiqətlə beyinlərində baş verən hadisələri ayıra bilməməkdir deyə bilərik.daha Harrinin problemi bu deyil. Bunu qoyduq bir kənara. (https://az.wikipedia.org/wiki/%C5%9Eizofreniya)  Bir də var şəxsiyyət bölünməsi –  doğrusu, şəxsiyyət pozğunluğu. (https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99xsiyy%C9%99t_poz%C4%9Funlu%C4%9Fu)  Harridə şəxsiyyət pozğunluğu problemi var idi? Məncə xeyir. Çünki şəxsiyyət pozğunluğu bir insanın əksər hərəkətlərinin fərqində olmaması, davranış və düşüncələrinə görə başqalarını günahlandırmasıdır. Harriyə çox uyğun görünür. Lakin Harridəki əsas məsələ, özü şüurlu olaraq özlüyündə iki obraz yaradıb, günahları digər obrazın – “Yalquzağın” üzərinə atması idi. Bəlkə də ətrafınızdakı bir çox insanda bu hadi

səni görmüsüz: müəyyən günahları – səhvləri, öz boyunlarına almırlar, nəyinsə üstünə yıxmağa, hansısa bəhanəyə əlaqələndirməyə çalışırlar. Yükü öz üzərindən atmağa çalışırlar. Harridə də oxşar proseslər cərəyan edir, lakin yükü öz üzərindən kənara yox, bir növ içindəki başqa bir varlığın üzərinə yıxır. “Şeytan elətdirdi”, ifadəsi tanış gəldi?

Burada qarşımıza “Yalquzaq haqqında traktat” çıxır. Traktatda nələrdən danışıldığına baxmadan əvvəl gəlin bir məsələni sizə çatdırım. Traktatı Harrinin özü yazmış ola bilər? Bu fikir hardan ortaya çıxır? Xatırlıyırsız lap əvvəldə naşirin Yalquzaq haqda dediyi cümləni vurğulamışdım. “Yaşı əllini haqlamış”. Təxmin etmir, dəqiq deməyə çalışır. Traktatda isə 48 yaşlı birinin iki il sonra özünü öldürmək qərarından söz açılır. Bəlkə elə 48 yaşındaykən Harri özü yazmışdı traktatı?

Bunu qoyduq bir kənara. Gələk traktatın əsas irəli sürdüyü fikrə. Bu yolla müəllif bizə demək istəyir ki, ola bilsin ki bir insan öz daxilində iki fərqli şəxsiyyət olduğunu düşünsün, özünü iki fərqli varlığa bölsün, lakin əslində insan öz daxilində yüzlərlər, minlərlər hissələrə bölünür. (Sonradan pablonun teatrında şahmat fiquraltıyla zəncir tamamlanacaq).

İlk hisəmizin sonunda müəllifin qabartdığı və ikinci hissəyə keçid üçün zəmin yaratdığı mövzu: müharibə.

İkinci hissə, Harmine ilə tanışlıq. İlk başlıqda Hermineni uşaqlıq dostu Herman-a oxşatması (müəllif öz obrazı üçün özünü uşaqlıq dostu edir). Bu bizə bir növ Herminenin real biri olmamasını düşünməyimiz üçün bir taktika idi ya yox, bilmirəm, lakin sonradan bir neçə xırda detal da bu fikrin üstündən xət çəkdirdi. Hə, Hermine realdır.

Musiqi. Əsas da Pablo ilə söhbət. Musiqi Harri üçün iki hissəyə ayrıldı, sevdiyi və nifrət etdiyi. İlki, Bethovendən, Mozartdan qalma, sadəcə dinləmək üçün – unudulmayanlar, ikincisi Pablo kimi insanların ifa etdiyi, başqalarınsa həmin sədalar altında rəqs etdiyi – qısaömürlü musiqilər.

Bir dəfəsində ciddi şəkildə müharibələrdən söhbət açılır. Bu yolla da yazıçı Harri adıyla bütün içini açıb-tökür. Fikirlərini oxucuyla bölüşür. (Nə olsun ki kitabı təhlil etməyə çalışırıq, sizin üçün də oxumağa nəsə saxlayaq).

Və gəlib çatırıq Pablonun teatırına. O gözəl sözə, “Yalnız dəlilər üçün”. Ağlın, şüurun müqabilində teatıra giriş əldə edirsən. Əsərin ortalarında Pablonun narkotik vasitələr istifadəsindən qeyd edilmişdi. Teatırın girişi də elə bu vasitə idi. Şüurunu – ağlını verirsən. Qarşılığı isə sənə tamaşa kimi görünən bir dünyada – əslində isə öz şüuraltında, gəzintiyə çıxırsan.

Bilirsiz maraqlısı nədir? Traktatda oxuyur ki, intihar etməlidir. Sonra Hermine ondan özünü öldürməsini xahiş edir. Teatırın sonunda da Hermineni öldürərək, bir növ öz ölümünə çatmış olur. Onsuz da əsərin içində bir neçə dəfə Harri Hermineni dostu yerinə qoyur, dərd dostu, hətta bir addımda irəli, sanki özüymüş kimi.

Bütün hər şeyi qoyaq qırağa, yekunlaşdırmağa çalışaq. Əsər bizə nədən bəhs edir: Bir insanın bir, iki, üç yox yüzlərlə, hətta minlərlə şəxsiyyətlərdən ibarət olması. Sanki bir insanın daxilində bütün dünya varmış. İkinci məsələ, müharibələrə qarşı olan müəllifin fikirləri. Rəqsə qarşı yaranan qorxu, (hansı ki nifrətinə laiq meşşanların etdiyi boş bir şeydir deyə düşünür Harri). Bir də şahmat oyunu. Ən əsası şahmatdı. Arada siz də şahmat oynuyun. Bir də kitabı özünüz oxuyun. (Bu qədər spoilerdən sonra oxumaq olsa). Növbəti kitablara qədər.