7 things that (quickly) cured my procrastination

7 things that (quickly) cured my procrastination

  1. Eat Big Frog
    Günə başlayarkən etməli olduğun ən böyük işləri düşün və ən böyüyünü edərək günə başla. Yoxsa bütün gün boyu o etməli olduğun ən böyük iş gözünün qabağına gəlib kefini qaçıracaq.
  2. The 3-2-1 Rule
    Mən flan şeyi etməliyəm, vaxt öldürməməliyəm dediyin an 3dən geri say, və etməyə başla.
  3. Do something principle
    Bir şey etmək üçün ilham pərilərinin gəlməyini və sonra da motivasiyanın yaranmağını gözləmə. Bəzən ilham-motivasiya-hərəkət düz bir formada yox üçnbucaq kimi ola bilir, hər hansı biri digərlərini yarada bilir. Bəzən sadəcə o şeyi etmək özü sizə ilam verəcək və motivasiya yaradacaq. Sadəcə et.
  4. Purge your physical surrounding
    Fiziki ətrafınızı təmiz saxlayın. Bəzən çox dağını bir otaqda hər şey diqqətinizi yayındıra bilər, və ya səliqəsiz bir ortam sizin fokuslanaraq işləməyinizə mane ola bilər. Ortalığı səliqəyə salmaq və əşyaları azaltmaq sizə daha yaxşı fokuslanmaq gücü verəcək.
  5. Purge your digital surrounding
    Digital maneələrdən də uzaq durmaq bizi işimizə yönəlməkdə daha effectiv edə bilər. Bir saniyəlik bildiriş, 30 saniyəlik youtube video, 5 saniyəlik reels, əgər özümüzü qapdırsaq etməli olduğumuz işləri təxirə salaraq keçirdiyimiz saatlara bərabər olacaq. Yox mən özümü qapdırmıram desəkdə əslində düşündüyümüzdən də daha çox foksumuzu dağıdır və gördüyümüz işə qayıdıb eyni dərəcədə fokuslanmağı çətinləşdirir. Buna görə də iş masamızı oyunlardan, iş zamanı isə özümüzü bütün bildirişlərdən və sosial şəbəkələrdən uzaq tutmalıyıq.
  6. Stare at 1 thing for 60 seconds
    Əgər diqqətiniizin dağıldığını və beyninizi bir məsələyə fokuslamağı bacarmadığınızı hiss edirsinizsə, o zaman 1 dəqiqədə sadəcə 1 şey məşqi edin. Misal üçün ekrandakı 1 sözü seçin və 1 dəqiqə sadəcə ona baxın, qətti şəkildə göz foksunuzu pozmayın. Bu 1 dəqiqəlik sadəcə 1 şeyə diqqəti vermək və göz əlaqəsini kəsməmək bizə fokuslanmaqda kömək edir və artıq işimizə daha fokuslanmış bir şəkildə qayıda bilirik
  7. Confront your distractions before working
    Bir işi görməmişdən əvvəl diqqətinizi dağıdacaq şeylərlə məşğul olun. 15-20 dəqiqəlik timer qoşun və deyin ki bu vaxt mən sadəcə diqqət dağıdıcı işlər görəcəm, sosial şəbəkələrdə vaxt öldürəcəm, instagram postlarına baxacam, facebook bildirişlərimi yoxlayacam, ya da trend X postlarının siyahısına göz atacam. Bu vaxt bitdikdən sonra isə sırf forkuslanıb iş görmə hissəsi gəlir. Siz bilirsizki diqqət dağıdıcılara vaxt ayırdız, indi diqqət dağıdıcılara yox elə birbaşa işin özünə diqqət ayırmaq vaxtıdır.

Videoya baxmaq üçün: YOUTUBE LINK

Odaklanmak için not tutma teknikleri – Cornell Metodu

Sual/Mövzu: Cornell Methodu nədir?

Əsas nöqtələr:

1.Not tutarken sütunları kullanın

2.Not tutarken soru üretin

3.Not tutarken önemli noktaları listeleyin

Qeydlər:

  • Bir şey izləyərkən ya da oxuyarkən (dinləyərkən) notlar tutmaq lazımdır
  • O materialdan suallar çıxarmaq, və önəmli topiclərə vurğu etmək lazımdır
  • Bu methoda Cornell methodu deyilir
💡
XÜLASƏ: Əldə etdiyimiz bilgiləri beyin süzgəcimizdən keçirmək ən vacib olanıdı. Buna görə də hər oxuduğumuz, dinlədiyimiz, baxdığımız şeylər üçün kənarda bir not tutmaq vacibdir. Cornell methodu bu not tutmağın qaydalarından biridir. Bir standart deyək. Bu method vasitəsiylə biz həm beyin süzgəcimizi işə salırıq həm də faydalı formada not tuturuq. Burada ən üstdə mövzu və sual yazılır, sol tərəfdə bloklar formasında əsas nöqtələr (key points) qeyd edilir. Sağ tərəfdə isə öz qeydlərimizi yazırıq bu yazı haqqında. Sonda isə Xülasə yazılaraq mövzunun ümumi “Özeti” çıxarılır.

📺
Bu method haqqında detallı video üçün baxın: BARIŞ ÖZCAN

Cem Seymen’in garsonluk yaparken aldığı hayat dersi

Cem Seymenin bu videosunu izlədikdən sonra bir daha fokuslanmanın, etdiyin işə diqqətini verməyin nə qədər əhəmiyyətli olduğunu görürük.

Burada bir məsələ var, bizim işlətdiyimiz o “əşi”-li ifadələr. “Əşi, başqa iş taparam”, “Əşi hələ vaxta var”. Nəticə: boş.

Özümüz özümüzü sözlərimizlə etdiyimiz işi yola verməyə məcbur edirik. Nəticədə ortada yolaverilmiş, boş keçirilmiş iş çıxır.

“Hər nə edirsənsə ən yaxşısını edəcəksən”.

Elə məsələ də budur. Etdiyin işin ən yaxşısını etməyə çalışmadıqca bir dəyəri qalmır. Etdiyin işi rəqiblərindən, sənin normal enerji ilə edə biləcəklərindən daha artığını etmədikcə inkişaf gəlməz. Niyə də gəlsin ki? Sən ən yaxşısını eləməyə çalışmadıqca niyə ən yaxşısı olasan ki? Niyə daha çox diqqətini/enerjini vermirsənsə, ən yaxşısı sən olasan k?

“İster alırsın, ister bırakırsın. İster anlarsın, ister baka kalırsın. Biri satar, birisi bakar….”

Yalın kod: Bir motivasyon hilesi

Misal üçün, Java üzərindən kodlar yazdığınız bir vaxtda sizə androiddə işinizlə əlaqədar bir tədbiqetmə düzəltmək lazım olduqda özünüzü o yöndə motivasiya etmək lazım olur. Bu hallarda bir mövzudan digər mövzuya özümüzü yönləndirmək, marağımızı ora çəkmək üçün motivasiyaya, enerjiyə ehtiyacımız olur. Bunun üçün nə edə bilərik?

Yalın kodun bu videosunda (podcast) kimi də dinləyə bilərsiniz) “motivasiya hiyləsi” haqqında danışır. Tövsiyə edir ki, diqqətinizi başqa bir mövzuya yönləndirmək lazım olduğu zaman, o mövzuda kitablar oxumaq; blog yazılarına baxmaq, videolar izləmək bizi o işin içinə çəkir. Oxuduqca oxuyur, baxdıqca baxır, daha çox öyrənməyə çalışırıq. O mövzunun, o işin içinə girmiş oluruq. Nəticə etibari ilə, fikrimizi vermək istədiyimiz işin atmosferini yaradıb, o xoş atmosfer içində rahatlıqla hərəkət etmiş oluruq.

Burda köməkçi faktordan biri də, yazılan o yazıların, videoların hazırlanarkən diqqətlə hazırlanması nəticəsində, oxuyucuları/izləyənləri daha çox öz içinə çəkir və bu da mövzuya olan motivasiyamızı artırır.

Yalın kod, bir neçə prosesdən sonra artıq hansı blogların, kimin videolarının sizə daha çox kömək olduğunu anlayacağızı bildirir. Əgər ingilis dilində orta səviyyədə bilirsinizsə tapacağınız mənbə sayı çox olacaq. Rus və Türk dilləri ilə də müəyyən qədər mənbə tapa biləcəksiniz.

Oxuyaq, öyrənək, izləyək, bilək. Başqa nə deyim?

Benim Yüzümden – Başka Bir Şey 2. Sezon 3. Bölüm

Arzulanan bir torpaq var. Kimisi üçün Norveç, kimisi üçün İtalya, kimisi üçün Kanada, kimisi üçün Yaponiya. O arzulanan torpaqlarda hər şey var. Burda olmayan, var olduğu üçün orda olmağımızı arzuladığımız hər şey. Bir də tərsdən baxaq. Nəyi yoxdu? Nəyi əskikdi? Nəyə ehtiyacı var?

Videoda da deyildiyi kimi, indi deyəcəksiniz ki, biz burada öz problemlərimizi həll elədik, ehtiyaclarımızı qarşıladıq, qaldı başqasın problemi, ehtiyacı. Hə. Elə bax bu formada da deyəcəksiniz.

Doğulduğun günü gözünün qabağına gətir. “Pampers”-indən tutmuş, 8 yaşındakı o rus istehsalı bərkgedən velosipedə qədər, Puma ayaqqabından tutmuş, Samsung telefonuna qədər. İdxal-ixrac söhbətini köhnə yazıların birində vurğulamışdıq. İndi bu sualı özümüzə verək. “Mənim ucbatımdan ölkədən nə qədər pul çıxıb xarici ölkələrə getdi?”. Mənim ucbatımdan ölkə nə qədər kasıbladı? Mənim ucbatımdan!

Bütün bunları düşünəndən sonra, qarşımıza belə bir sual qoyaq: İxracatı mən etmiyəcəm də, kim edəcək? Niyə mən yox? Elə məhz mən.

Burda əsas məsələ “Mənim ucbatımdan” (Benim yüzümden) ifadəsini qəbul etməkdi. İnandırıram ki, bunu ətrafınızda deyəcəyiniz 100 nəfərdən 99-u 99 bəhanə gətirəcək. Siz də yüzüncü bəhanəni artıq dilinizin ucuna gətirmisiz. Diyanın. Bir də fikirləşək.

Məsələ, “mənim ucbatımdan” – ifadəsini qəbul etməkdən başlayır. Çünki qəbul etdikdən sonra boş otura bilirsən. “Mənim ucbatımdandısa bir şeylər fikirləşib etmək lazımdır” – deyirsən. Sənin ucbatından olan o hissənin qarşılığını vermək üçün nəsə etmək lazımdır deyirsən. Deməlisən.

“İstəsəm onu edərəm, istəsəm bunu edərəm, mən istəsəm elə edərəm ki…” – kənara qoyaq. “İstəsəm” yox, “istəyirəm” deməyə nə zaman başlayacağıq? Lap elə, “başlayacağıq?” yox, “başlayaq?

Kadir abimiz qəşəng bir cümlə ilə videonu yekunlaşdırır: “Onlar bizi görür, onlar bizi düşünür, onlar bizim problemlərimiz üçün istehsal edir, bizə ixrac edir. Bəs biz niyə onları düşünməyək? Bu edilənlərin qarşılığında onlar üçün nəsə etməyək?”

Onları düşünmək, əslində elə özümüzü düşünməkdi. Onlar üçün nəsə etmək, əslində elə özümüz üçün nəsə etməkdi. Niyə onları düşünməyə başlamayaq? Başlayaq?

Barış Özcan – Cep telefonuyla yavaş çekim teknikleri #SenDeYavaşlat

Bütün yavaş çəkim nümunələrinə, texniki informasiyalara, idealara və daha artığına bu youtube videosundan baxa bilərsiniz.

Bu səfər təmiz fərqli bir məsələ haqqında söz açmaq istəyirəm. “Sən də yavaşla”.

Qaçırıq sanki, özümüzün belə xəbərimiz olmadan. Tələsirik. Ən gözəl şeylər ən sürətliləridir sanki. Xəbərimiz belə olmadan 10 pilləli bir pilləkəni 3-4 dəfəyə çıxırıq. Qaça-qaça. Yolun sonundakı həvəsinə. Bitirmək həvəsinə.

Bir söz var idi ey, xoşbəxtlik yolun sonunda deyil, yolun özüdür. Bax elə bu.

Dayanın, dayanaq, dayandım. Sakitləşək biraz. Dərindən nəfəs alaq. Ətrafımıza baxaq. Bu 4 il ərzində tələbəyəm. Bu 3 ay ərzində tətildəyəm. Bu 1 həftə ərzində məzuniyyətdəyəm. Bu 2 saat ərzində stadiondayam. Bu 30 saniyə ərzində bir gülə baxmaq imkanım var.

Sonra olmayacaq. Oxşarı ola bilər, daha yaxşısı və ya daha pisi ola bilər. Eynisi bir də olmayacaq. Biz eyni yaşda olmayacağıq. Biz eyni yerdə olmayacağıq. Biz eyni olmayacağıq. 22-ci yaş ilini sadəcə 1cə il yaşamaq şansın var. Sonra yoxdu. Bunun dadını çıxar. Kiçik bir uşağın təbəssümünə dalmaq üçün sadəcə 2-3 ilin var, sonra ya o kimi uşaq olmayacaq, ya da tələsdiyindən gülməyi unutmağa başlayacaq.

Anı yaşamaq lazımdı. Saniyəni. Hər saniyənin öz hökmü var. Öz qərarı, öz hissləri, öz arzuları. Hər saniyənin 1 saniyəlik ömrü var. 1 dəqiqəmiz 61 saniyə deyil. Unutmayın.

Anı yaşamağınız ümidi ilə.