IELTS Writing üzrə ən az 7.0 necə toplamalı?

12.09.2018 19:00-20:30
DərsEvi, https://www.facebook.com/events/276478086293692/?ti=icl

Bu günkü tədbirimiz, ingiliscə, azərbaycanca, sonda da kiçik rusca keçən maraqlı bir workshop idi. Necə keçdiyi, fikirlərim və aldığım qeydləri bölüşmək istiyirəm.

Əvvəl deyim ki son 3 rəsm tədbirindən (sərgi) sonra, mövzu dəyişikliyi çox yaxşı oldu. Digərlərindən fərqli olaraq məkanı tapmaq üçün zəng etməyimə ehtiyac qalmadı.

İlk başlayanda səhv eləmirəmsə Tünzalə Ağayevanın (səhv edə bilərəm) çəkildiyi reklam çarxını göstərdilər.

Lənətə gəlsin bu açıq qapı günləri favoritimdi. Axırıncı dəfə Step IT Academiyada oldum, sora 6 aylıq təhsil almışdım orda, indi də Dərs Evində ingilis dilinə başlamaq üçün həvəslə müəyyən proseslərin tamamlanmağın gözlıyirəm.

Baxaq görək nə qeydlər aparmışam.

-bir ümumi metodologiya test edilmiç və geniş təcrübə olunduğundan, fərqli xüsusi metodologiyaların işlədilməsindən daha üstün sayılır (Kaplan metodundan istifadə edir bütün dil (ingilis) müəllimləri, onu deyir)
-vaxtdan səmərələi istifadə etmə, məntiqi düşüncə və dil biliyi (ingilis) imtahanda (IELTS) uğur gətirəcək olan amillərdir.
-hansı səviyyədə IELTS-ə başlamaq əsasdır? Intermediate səviyyəsi başlanğıc üçün olar, pre-intermediate uyğun sayılır.
-IELTS Writing zamanı karandaşdan istifadə etmək geri qayıdıb səhvləri düzəltməyə çalışarkən sizə daha çox faydalı olacaq.

Burada Ümumi yox Akademik IELTs-dən söhbət gedir.

Writing (60 dəqiqə)
1. Task 1 (20 dəqiqə ayırmaq məsləhət görülür – 150 söz limiti – oxuyub, anlayıb, təsvir etmək
2. Task 2 (40 dəqiqə ayırmaq məsləhət görülür – 250 söz limiti – arqumentlər/fikirlər, analiz etmək)

İmtahan prosesi üçün məsləhət görülən ardıcıllıq:
1. Sualı diqqətlə oxuyub başa düşmək
2. Suallar verərək açar sözləri aydınlaşdırmaq (Brainstorming)
3. Planlaşdırma
4. Yaz!
5. İkinci dəfə başdan sona oxuyub, yoxlamaq (Proofreading)

Bu arada bizə kağız payladılar, sualı verdilər, 40 dəqiqə (bəlkə də 14) vaxt verdilər. O 40 dəqiqə 14 dəqiqə kimi keçdi. Mən cəmi 8 cümlə yazmışdım. (14 dəqiqə idi yəqin. Onun da 10 dəqiqəsi kağız paylanağa getdi, 4 dəqiqə vaxt oldu yazmağa) .

Ha bu arada, CofeBreak, o lə lə. Bu arada son iki tədbirdə verilən şirbiyyat/sok/şəraba əlimi də vurmağıma baxmayaraq, bu səfərki şirniyyat/su/çay/kofə tərəfə əluzatmışlığım oldu boynuma alım.

Time management çox əhəmiyyətlidir. Bunun inkişafı üçün vaxt ayırmaq lazımdı.

Writing bölməsinin problemləri:
-əzbərçilik (yeni öyrəndiyin esseləri birbaşa essedə yazmaq səhvi)
-idea çatışmazlığı (mütaliə, qazet/esse oxumaq – geniş yanaşmaq)
-qısa yazmaq (KISS – Kep it Short and Simple)

Writing-də 7 bal hardan gəlir?
1. TR(25%)
-suala düzgün cavab vermək (nə dərəcədə düzgün və məntiqli)
-agree/Disagre (fərqli fikir, fərqli arqument) (razıyam/razı deyiləm – qarışdırmaq olmaz, mövqryini seç)
-genişdən-dara, ümumidən-xüsusiyə(parçalamaq, izah etmək) – həmçinin ümumiləşdirərkən də çox yox, 100% yox; hamı, hər kəs yox, bəzi/bir qədər/birəz.

2.CC (25%) – mətiqli şəkildə cümləni tamamlama
-cümlələr arasında keçid edərkən, aralarında məntiqi bağlılıq olmalıdır
-çoxçeşitlilik olmamalı, çeşidlərin düzgün qurulması (but,but,but,but – kimi bir cümlədə 2dən çox işlətmək olmaz)
-body paraqrafların topiclərinə diqqət, hər şey ilk cümləyə zəncirvari bağlanmalı

3. LR (25%) – söz bazası
-ümumi sözlərdən az istifafə edib doğru sözləri işlətmək, informal yox/formal sözlər, düzgün söz, düzgün söz birləşməsi
-hərf səhvləri / check

4. GRA (25%)
– zaman uyğunluğu (hamısı eyni zamanda olmasın, rəngişli olun, amna uçmasın – məntiqi/qrammatik uyğunluq olsun) (qrammatik cəhətdən düzgün strukturlu olsun – nədən sora nə işlənməlidir kimi)
– durğu işarlərinə diqqət, əsas da vergüllərə.

Əlavə olaraq aşağıdakı kriteryalar da bala təsir edir:
-Underlenght – söz sayı
-Off-topic – Mövzudan çıxma
-Memorised – əzbərlənmiş ifadələr
-Illegible – oxuya bilmək (xəttin oxunaqlı olması)

Bunlar bütün tədbir zamanı bizə deyilənlərin qısa qeydləri idi. Sonda qiymətlə də maraqlandım, ilk dəfə imtahan edirlər, səviyyə upper-intermediate olsa, IELTsə başlamaq olar, 3 aylıqdı, ayı 150. General isə 120di, özüm üçün soruşdum 6 aya pre-intermediate-dən advance-a çata bilərəm dedi.

Belə, bövbəti görüşlərə dək.