Bilim arası #15: Geçmişimizin kaybolmamış izleri.

(PodcastYoutube)

Bütün dini, siyasi və elmi fikirlərimizi bir kənara qoyaq və dinləyək. Amma məsələyə o formada yanaşmayaq. O cümlə üçün baxaq: “İstəsək də istəməsək də keçmişimizin izlərindən qurtula bilməyəcəyik”.

Normalda youtube’da türklərin sahib olduğu əsas 2 cür kanallar var. İlki hər hansısa bir kateqoriyaya sahib olub, daimi o formada videolar paylaşan: əsas məqsəd də; hansısa informasiya və ya təcrübələri bölüşmək; nəyəsə və ya hansısa mövzuya fikirləri çəkmək; necə və ya nə cür nəyisə etməyi öyrətmək, motivasiya vermək, dəstəkləmək və sairə. Qısacası informasiya tipli kanallar. İkinci kateqoriyaya isə; kanalı olsun – abunəsi olsun, nələrsə etsin və ya etmiş kimi görünüb pul qazansın tipli; challange-lərlə, bir-birinə oxşar və ya kopya məzmunlarla dolu kanallar.

Həmişə bu ikinci tip kanalları boş, mənasız, baxmaq vaxt itkisi, çəkmək boş əməl sanmışam. Yaxşı indi ortaya çətin sual çıxır. Bu blog, ikinci kateqoriya youtube kanalları kimidi?

3 videosu cover, 2 challange, 2 videosu oyun olan bir kanaldan nə ilə fərqlənir bu blog?

Müsbət tərəflərin saya bilərik ki, axtarıb maraqlı və faydalı olacaq yazıları üzə çıxarıb bizə çatdırır. Bəzən kənar axtarışlar edib əlavə mənbələr qoyur, axtarmağımızı və oxumağımızı tövsiyə edir. Fərqli dillərdə olan məzmunlara uyğun bizim dildə qısa yazılar yazaraq ən azından o dilləri bilməyənlərin də az da olsa bu informasiyalardan yaralanmağını sağlayır.

Bol-bol təriflədik özümüzü. Amma gəlin görək bol-bol, yoxsa boş-boş tərifləmişik?

Mənfi tərəflərini sayaq. Türkcə bilməyən var ki, gəlib eyni şeyin azərbaycancasını yazırıq? Yazıların 90 faizi həmin məzmuna uyğun olur, nə kənar bir araşdırma, nə əlavə mənbələr, boş. Onsuz bunların çoxunu keçmişdə görmüş, oxumuş, baxmış, dinləmişdik, təkrardı hamısı, ən azından bir çoxu. Yəni boş yerə yazı yazmaqdansa, birdəfəlik məsləhət bildiklərin siyahısın paylaş, 1-2 blog yazısı şəklində, birdəfəlik işimizi bilək.

Həqiqətən ikiləmi arasında qalmışıq. Bu ikiləminin nəticəsi blogun taleyini həll edəcək. Əgər mənfi cavab gələrsə elə ən yaxşısı odur; vaxt itkisindən qurtulduq -deyək. Müsbət cavab gələrsə də, sorğulamaq, düşünmək ən yaxşısıdır, deyək. Uğur ola!..

BKB018: Zihinde canlandırmanın gücü

Podcastımız bir üzgüçü və bir şahmat oynayandan misalla başlayır. Üzgüçünü deyə bilmərəm, amma digəri haqqında (və yaxud ona oxşar bir obraz haqda) Stephan Sweig-in “Şahmat” əsərini oxuya bilərsiniz.

Bahri Karaçay, bu podcastda bolca misallar çəkir. Lakin gəlin baxaq görək çəkdiyi misalların ortaq cəhəti nədi?

Hər biri əvvəlcədən müəyyən prosesi beyinlərində canlandırıb – onu etməyə (beyinlərində) çalışıblar. Bura həmin məkanı gözünü qabağına gətirmə, hərəkəti incəliklərinə qədər təsəvvür etmə, ətrafdakı ətirləri, səsləri belə xəyal etmə aiddir. Siz bir prosesi nə qədər çox dərinləməsinə xəyal etsəz, o qədər daha qüvvətli şəkildə beyniniz həmin prosesi yaşamış olar.

Aparılan araşdırmalara görə bir prosesi etməklə, etdiyini xəyal etmək beyin baxımından eyni formada reaksiya verilir. Başqa bir araşdırmaya görə, bir prosesi edərkən 30 faizə qədər artıq, həmin prosesi xəyal etdiyimizi düşündükdə 13 faizə qədər artıq göstərmək olur. (Təfərrüatları podcastda).

Bütün bular bizə bu nəticəni verir: Bir prosesi etməklə yanaşı, etdiyimizi xəyal edərək də daha çox irəli gedə inkişaf edə və ya güclənə bilərik.

O zaman nə edirik? Xəyal etməyə davam!

Bando Vagonu | Akıl var mantık var (Sosyal Etki Dizisi #3)

Bu yazımızda “Bando Vagonu” adlı podcast (youtube videosu) haqqında danışacağıq.

Bir informasiyanı mənbəyindən birbaşa oxumaq əvəzinə onu oxuyan insanların fikirlərini oxumaq. Bax bu zaman onların fikirlərinə inanıb, onların fikirləri üzərindən hərəkət etmək, onlar kimi fikir səsləndirmək.

Facebookda çox rastınıza çıxıb. Bir statusun altında yüzlərlə eyni tip rəylər. Sanki hamısı bir-birinin kopyası.

Bando Vaqonu – Bir fikir və ya inancı bir qrupun həqiqət olaraq qəbul etməsi, başqa bir insanın həmin fikri və ya inancı həqiqət qəbul etməsi ehtimalının artmasıdır.

Bir növ sürü psixologiyası da deyə bilərik. Bir işi nə qədər çox insan etsə, başqa insanların da etmə ehtimalı o qədər çox artır.

Siz yəqin ki, indi podcastı dinləyib və ya videonu izləyəcəksiniz. Yenə də mən aşağıdakıları qeyd edim:

Hər mövzunu tərəfsiz şəkildə qiymətləndirməyə çalışmaq, müstəqil mənbələrdən oxumaq və ən əsası bizim kimi olmayan insanların da fikirlərini dinləmək işə yarayan bir nəticə gətirəcək.

Bütün düşüncələri ağıl və məntiq süzgəcindən keçirərək həzm etmək ümidi ilə, nə də olsa “Akıl var mantık var”.

BKP 015: Yaratıclığı yüzde altmış artırmanın yolu

Xatırlayırsız bir ted çıxışı zamanı piyada gəzməyin nə qədər fayda verdiyindən danışmışdıq əvvəlki yazılarımızın birində. Bu podcata da həmin elmi araşdırmalardan biri haqqında danışılır.

Standfor universitetində elmi tədqiqatçılar 166 tələbə və orta yaşlı insandan ibarət 4 qrup üzərində aşağıdakı təcrübəni keçirmişdilər: ilk qrup divar qarşısında içərdə oturmaq. İkinci qrup divar qarşısında qaçış bandında normal sürətlə yerimək; üçüncüsü açıq havada yerimək; dördüncüsü əlil arabasında kimsə tərəfindən sürülmək (həmin 3cü qrupun yeridiyi bölgədə)

Alınan nəticələr müqayisə edilərkən ortaya çıxanlar: yeriyənlərin oturanlardan yaradıcılıqla bağlı 60 faiz kimi bir irəliləyiş göstərdiyi ortaya çıxır. Lakin sözləri əlaqələndirmə testi edildikdə isə əksinə; oturanlar daya üstün çıxdı. Bu da ortaya aşağıdakı nəticəni çıxardır: yeriməyin hər bölmə üzrə yox, sırf yaradıcılıq üzrə xüsusi gücləndirici effekti var.

Nə demişdik? Hər gün piyada yeriyək, daha yaradıcı olaq.

BKB 083: Öğrenen Beyin – 4 – Etkin Çalışmanın Sırrı

Bahri Karaçayla Bilim podcastlarımızda “Öğrenen beyin” silsiləsinin sonuncu podcastını dinləyirik bu gün. Lakin qeyd edim ki, silsilənin davamı olmasa belə, məhsuldarlığı artıracaq maraqlı məsləhətlərlə dolu podcastları durur hələ də. Zamanla onlara da göz atacağıq.

Bu podcastımız bir misalla başlayır. Dərs oxumağa başlayan bir tələbə, özünə uyğun mühit yaradır və oxumağa başlayır. 15 dəqiqə sonra mesaj gəlir, cavablandırıb dərsinə davam edir. Bir qədər keçməmiş bu səfər Facebook bildirişi. Bildirişə baxmaq, ardınca bir 2 dəqiqə baxım görüm dünya nə vəziyyətdədi. Nəticə, uçdu getdi 15 dəqiqə.

Tanıdıq gəlir? (Mənə yox. 15 nədi, 1 saat olsa tanış gələrdi).

Yaxşı. Gəlin indi bir misala bir də baxaq. Nəticədə ortada dərs oxumağa çalışan bir tələbə üçün zehni dağınıqlıq yaranır. “Fikri başqa yerdədi”. Diqqət dağınıqlığı beynin əsas problemlərindən biridir. Podcastın bu hissəsində beynin əsas 3 sərhədindən danışır. Qısaca qısaca: müddətli yaddaşın zaman sərhədi, fərqli mövzularda beynin keçid sərhədi, diğğət sərhədi. (Diqqət, Yaddaş, Sürət).

Bu mövzu üzrə aparılan tədqiqatlar beynin bir mövzudan digərinə keçiddə yavaş olduğunu göstərir. Önə çıxan problem: beynin eyni zamanda bir neçə işlə məşğul olmasıdır. Bu “multitasking” adlanan çox vəzifəlilik, təxmin edildiyi kimi real olan bir proses deyil. Əksinə beyni həddən artıq yorur və nəticə etibari ilə diqqət dağınıqlığı artır, edilən prosesə fokuslanma zəifləyir, məhsuldarlıq aşağı düşür. Nəticə: yarım saata etməli olduğunuz bir proses üçün bir saat – saat yarım vaxt sərf edirsiniz. (Digər mənfi cəhətləri podcastı dinləyənlərə saxladım).

Yaxşı, bəs indi biz nə edək?

Bahri Karaçay, bu zaman bizə “Pomodoro” texnikasından istifadə edək. Pomidor texnikası üçün bu websayta və ya bu tədbiqetməyə (android) baxa bilərsiniz.

Pomidor texnikası nədir?

Pomidor texnikası: 25 dəqiqəlik oxuma, 5 dəqiqəlik fasilələrlə 3 periyod, ardınca 15-30 dəqiqəlik fasilədən ibarətdir. Sonra yenidən. Bu formada həm dərs oxuyarkən diqqətinizi etdiyiniz işə fokuslamaq, həm də 15-30 dəqiqəlik fasilələr zamanı kiçik – kənar işlərinizi etməyə imkan yaranır.

Yox, sizin öz vaxt aralığınız, planınız varsa, lap gözəl. Sizin üçün bu tədbiqetməni (android) məsləhət görürəm. Telefona yükləyirsiniz, o özünüz üçün ayırdığınız vaxtı seçirsiniz (misal üçün 1 saat) – həmin vaxt ərzində telefondan heç cür istifadə edə bilmirsiniz. Nəticə etibari ilə telefon diqqətinizi dağıtmır və siz həmin vaxtı rahatlıqla o işə verə bilərsiniz.

BKB 078: Öğrenen beyin – 3

Bu günkü yazımız Bahri Karaçay Akademiyadan növbəti podcast haqqında olacaq.

Aparılan tədqiqatlar bizə, zaman keçdikcə öyrənilən informasiyanın unudulduğunu göstərir. Bəs necə öyrənək ki, uzun müddət xatırlayaq.

İlk öncə bilməyimiz lazım olan şey odur ki, imtahanlara hazırlaşarkən “bir gecəyə öyrən” metodu sadəcə qısa müddətlik yaddaşımızda qalır. Bu informasiyaların uzun müddətli xatırlanması üçün bizə lazım olan: Təkrar.

Yuxarıdakı şəkildə podcastda sözü gedən qrafiki görə bilərsiniz. Burada əsas məsələ “unudulma vaxtları” zamanı təkrar etməkdir. Hər təkrar, növbəti “unudulma zamanı”-nı gecikdirir. Bu zaman ortaya çıxan, uzunmüddətli təkrardır. Misal üçün, əvvəl bu gün öyrəndiyini iki gün sora təkrarlayırsan. Öyrəndiyin halda 4 gün sonra. Bu formada zamanı artırırsan. Nəticədə həm uzunmüddətli öyrənmiş olursan həm də “hər gün təkrar etmə” məcburiyyətində qalmırsan.

Podcasta sözü gedən Ankidroid tədbiqetməsinin android versiyaslnı buradan yükləyə bilərsiniz.

Öyrənəcəyimiz informasiyaları sual-cavab və ya söz-tərcümə formasında kartlara qeyd edib yaddaşa veririk.

Başlayırıq kartları bir-bir gözdən keçirməyə. Əgər 5 saniyə ərzində cavabı biliriksə “Easy/Kolay” seçirik, nəticədə o kart 4 gün sonra təkrar ediləcək. Əgər çətinliklə xatırlayırıqsa “Good/İyi” seçirik. 10 dəqiqə sonra kart təkrarlanacaq. Bilmiriksə “Again/Yeniden” seçirik və 1 dəqiqə sonra kart təkrarlanır. Təkrarlanan kartlar növbəti dəfə 4 gün yox, 2 gün aralıqla qarşımıza çıxır.

Ümid edirəm tədbiqetmə sizə faydalı olar və öyrəndiyiniz informasiyaları imtahan üçün yox, öyrənmək üçün öyrənəsiniz.

Akıl var mantık var – 2. Sosyal uyum

Əlaqədar əvvəlki yazımda sözünü etdiyim podcast silsiləsinin növbətisinə keçirik.

Youtube üzərindən də videosuna baxa bildiyiniz bu bölüm “Sosyal uyum” (Azərbaycan dilində: “İctimai uyğunlaşma“) haqqında danışacağıq.

İctimai uyğunlaşma – bir insanın başqalarının fikir və hərəkətlərinə uyğunlaşma təsirinə deyilir.

Gəlin Adaşım tərəfindən aparılan təcrübəyə baxaq.

Qeyd: Təcrübədə “otikinesis” deyilən bir şeydən söz gedir, onu da podcastı dinləməyə və ya videosuna baxmağa sizi təşviq etmək üçün izah etmirəm. Hətta, lap elə həmin təcrübəni də sizə saxlayıram. Mən keçirəm ikinci təcrübəyə.

Biz keçək Solomon Eşin apardığı çubuqlu təcrübəyə. Solomon bu təcrübədə 6 şagirdiylə bərabər bir təcrübə obyekti (üzərində təcrübə aparılan şey/şəxs) qarşısında bir çubuq göstərir. Digər şəkildəki 3 çubuqdan hansı ilə oxşar olduğunu soruşur. 6 şagird verilən 18 sualdan 12sinə qəstlə səhv cavab verirdi. Bu təcrübəyə qatılan şəxslərin 75 faizi ən az 1 sualda səhv cavab verən qrupa qatılmağı seçdi. Bəs bunun səbəbləri nələrdir? Solomon Eşin araşdırmalarına görə təcrübə obyektlərinin verdiyi aşağıdakı 3 səbə var:

  1. Ola bilsin ki qaydaları səhv başa düşmüşəm deyib, qrupa uyğunlaşmağı seçdim.
  2. Bəlkə də mənim gözüm yanılıb, qrupa güvənməyi seçdim.
  3. Düzgün cavabı bilməyimə baxmayaraq, qrupa zidd olmaq istəmədim.

Bəs yaxşı bunun səbəbləri keçmişdən qaynaqlana bilərmi? Qəbilə dövrlərindən hər kəsin getdiyi yerdə qida var, və ya hər kəsin qaçdığı nöqtədə təhlükə var deyib, qrupa uyğunlaşmaq ölməmək ehtimallarınızı artırır. Bəlkə də qrupa uyğunlaşmaq elə ölməmək üçündür?

Keçmiş dövrlərdə proseslər belə ola bilər. Bəs indiki zamanda? Qrupa uyğunlaşmaq, bir qrup içərisində olmaq istəklərimizdən bəzən səhv belə olsa qrup qərarlarına uyğunluq göstəririk.

Yaxın zamanlarda aparılmış başqa bir təcrübə ictimai uyğunlaşmanın yaddaş üzərində də xüsusi təsiri olduğunu ortaya çıxarıb. Gəlin təcrübəyə baxaq:

Bu təcrübə 3 hissədən ibarətdir. İlk hissədə bir video izləyirlər, sonra videoya aid testərə cavab verirlər. Misal üçün videoda bir qadın var. İnsanlar “Qadının köynəyinin rəngi” – sualına qırmızı cavabı verirlər. Bir həftə sonra insanlar yenidən çağırılır və eyni suallar verilir. Lakin bu səfər qrupun digər üzvlərinin də (misal üçün həmin gün testə cavab yazan başqa 6 nəfərin) – cavablarını göstərirlər. Təcrübədə iştirak edənlər ilk testdə qırmızı seçsələr belə, qrupun hamısı ağ seçdiyini öyrəndikdən sonra teti edərkən ağ rəngi seçirlər. Bu digər təcrübəylə oxşarlıq göstərir. Əsas məsələ isə budur: üçüncü dəfə testi edərkən (biraz əvvəlki bitəndən sonra) qrup seçimlərinin yalan olduğunu, özlərinin qəstlə cavablarda dəyişikliklər etdiklərini deyirlər. Lakin yenidən test edərkən iştirakçılar qadının ağ köynək geyindiyini seçir. Texniki qurğularla beynə baxarkən bu cavabın həqiqətən yaddaşdan qaynaqlandığı ortaya çıxır. Yəni sizin qrupa uyunlaşaraq seçdiyiniz cavab – yaddaşınızı dəyişdirir.

İndi bir məsələ var. Hər iki təcrübədə başqa bir həqiqət də ortaya çıxır. Cəsarət. Belə ki ilk təcrübədə əgər 6 şagirdən 1i doğru cavabı desə, təcrübədə iştirak edən şəxs o 5 səhvə deyil, özünündə doğru bildiyi və ən az bir nəfərin doğrunu səsləndirdiyi cavabı səsləndirəcək. İkinci təcrübədə isə 6 nəfər yox, 5 nəfərin ağ bir nəfərin qırmızı seçdiyini görərsə öz ilkin qərarını dəyişdirmir, qırmızı seçir.

Bu təcrübələr ortaya aşağıdakı nəticəni çıxarır. Düz olduğunu bildiyimiz şeyləri dilə gətirməkdən çəkinməməliyik. Biz öz fikirlərimizi dilə gətirdiyimiz zaman qrup içində, ətrafımızda, ictimaiyətdə – düz olduğunu düşünüb lakin ictimai uyğunlaşma təsiri altında qalanları da bu təsirdən xilas etmiş olarıq.

Əlavə olaraq bu yazını oxuyun.

Cəsarətli olun. Doğru bildiyinizi səsləndirməkdən qorxmayın. Səhv bilmiş olsaz belə səsləndirmədən bunun səhv olduğunu öyrənə bilərmisinz.

BKB 073: – Öğrenen beyin 2

Podcast bəzi amerikan məktəblərindəki edilən idman dərslərininğ nəticələrinin necə müsbət təsir etdiyi ilə başlayır. Passivlərə saxlayıram həmin hissədəki informasiyanı, dinləsinlər.

İdman edərkən beynimizdə müəyyən fiziki dəyişikliklər baş verir. Xüsusən də üst səviyyə fiziki əməliyyatlar üçün ayrılmış hissə aktiv olur. Fiziki aktivliyin nəticəsində “planlı olma”, “bir işin nəticələrini düşünərək qərar vermə”, “edilən səhvlərdən dərs çıxarıb öyrənmə”, “fokuslanma”, hətta “yaddaş” kimi proseslərdə inkişaf nəzərə çarpır.

Fiziki aktivliyin beynə müsbət təsirləri bununla da qalmır, “depresiyaya” ən az dərmanlar qədər təsirli olduğu, bəzi tədqiqatlarda, hətta dərmanlardan daha çox xeyir verdiyi ortaya çıxıb.

Günlük yüngül idmanın – bir növ bədən tərbiyə dərslərimizi xatırladan o idmanların bizə, xüsusən də beynimizə nə qədər faydalı olmasından danışdıq. Bəs nə qədər idman etməliyik?

Cavab əslində çox az deyil; lakin hər kəsin edə biləcəyi qədərdir – yarım saat olmaqla, həftədə 5 gün.

Lakin bu fiziki aktivlik aerobik olmalıdır, yəni ürək döyüntülərinizi artıracaq şəkildə.

Bəs öyrənmə prosesini daha təsirli etmək üçün hansı zaman aralığında etməliyik? Aparılan tədqiqatlara görə, bunu dərs oxumağa, öyrənməyə başlamazdan əvvəl edilməsi daha çox fayda verəcək.

Bu faydalardan yararlanmaq üçün biz də başlayaq. Ən azdan başlayaq (misal üçün həftədə 3 gün – 20 dəqiqə) yavaş yavaş normaya (həftədə 5 gün – 30 dəqiqə) qaldıraq.

Misal üçün dərsə gedərkən ya qayıdarkən sürətli yerimə. Axşamlar velosiped turu. Və ya sizə uyğun bir şey.

Haydi. Oturmaq vaxtı deyil.

BKB 071: Öğrenen beyin – 1

Öyrənmək üçün nə edirik? İmtahanlar ha başladı, başlayacaq. Yeni informasiyaları beynimizə necə yazırıq? Bəlkə də, elə sözün əsl mənası ilə, yazaraq. (Yazılı imtahan verəcəklərə, xüsusi olaraq bizim ADNA, indiki ADNSU tələbələrinə xüsusi salamlar).

Bahri Karaçay, bu 4 podcastlıq silsilənin ilk nümayəndəsində bir hekayədən danışırdı. Bu hekayədə, imtahan hazırlaşma vaxtlarında qalaq-qalaq kağızları yazıb dolduran qohumunun hekayəsi idi.

Həmin şəxsin uğurlu olmasının əsas səbəbini bu “yazaraq öyrənmə” metodundan qaynaqlandığını vurğulayır.

Aparılan elmi araşdırmalar zamanı, yazaraq öyrənmə metodunun ən effektiv öyrənmə metodlarından biri olduğunu ortaya qoydu. Təcrübələrin birində dərsi dinləyərkən qeydlər aparan tələbələrlə, aparmayanlar müqayisə edilirdi. Dərsdən sonra soruşulduqda hər iki qrupun təxminən eyni qədər informasiyanı xatırladıqları məlum olur, lakin qeyd aparanlar mövzunun əsas yerlərini xatırladıqları halda, onların əksinə, qeyd aparmayanlar təsadüfi hissələri xatırladıqları aşkarlandı. Hələ bu azmış kimi, üstündən bir müddət keçdikdən sonra qeyd aparanların aparmayanlara nisbətdə informasiyaların bir çox hissəsini hələ də xatırladqları ortaya çıxdı. Beləcə dərs zamanı qeyd aparan tələbələrin həmin informasiyaları uzunmüddətli yaddaşa yazdıqları öyrənildi.

Burdan referans alaraq, uzun müddətli, qısa müddətli yaddaşın nə olduğunu araşdıraq.

Vikipediya yazıları ilə kifayətlənməli olduq, lakin yenə də öyrəndik ki, qısa müddətli yaddaş 7 informasiyanı 20 saniyəlik saxlama qabiliyyətində olan yaddaşdır. Uzun müddətli yaddaş isə 30 saniyə-ömür boyu aralıqlı informasiyanı saxlamağa kömək edən yaddaşdır. Hər ikisinin informasiyanı saxladığı yerlərin fərqlənməsi də aralarındakı fərqliliyin ikinci bir göstəricisidir. (Mən qısa axtardım, yenə axtarmağa çalışacam, siz də araşdırın bunu, uzun müddətli yaddaşınızın nə olduğunu; necə gücləndirə biləcəyinizi).

Qayıdaq podcastımıza. Bu təcrübələr sadəcə qulaq asma vəziyyətində dil mərkəzlərinin prosesdə iştirak etdiyi, lakin informasiyanın yaddaşa yazılması zamanı – informasiyaların əhəmiyyətli olub-olmamasının nəticəsində bütün informasiyanın yaddaşa yazılmasını göstərirdi. Yazma vəzyətində isə əksinə, öyrənilən informasiyalar arasında əlaqələr qurulur, bu isə beynin fərqli bir nöqtəsində yerinə yetirirlir. Fərqli informasiyalar arasında əlaqə qurularkən əhəmiyyətli informasiyalara prioritet (“öncelik”) verilir. Bir növ beyin informasiyanı süzgəcdən keçirib – əsas olanları uzun müddətli yaddaşa yazır.

Burada bütün mətni birdən yazmaqdan söhbət getmir. Aparılan başqa bir təcrübəyə görə dərsdə notbukla qeydlər aparan tələbə az qala məllimin ağzından çıxan hər sözü nöqtəsinə qədər yazmağa çalışmasının nəticəsi kimi, əllə qeyd aparanlardan aralarındakı fərq, yenə asıq şəkildə görünür. Bu da bütün mətni hərf-hərf yazma prosesində beynin o mətni süzgəcdən keçirmədiyini – əlaqələndirmədiyini göstərir.

Bundan sonrakı hissəni və digər xırdalıqları sizə buraxıram. Podcastı dinləyin.

Bu podcastla biz, yazaraq öyrənmənin, yazmağın nə qədər faydalı olduğunu gördük. Bəzən bunun vaxt aldığı düzdür lakin, bu blogun şüarını xatırlayaq, sürətlə 100 kitabdansa, düşünərək, analiz edilərək, qeydlər apararaq oxunan 10 kitab daha önəmlidir!. Əgər qeyd aparmaq (hələ-hələ – yazının əvvəlində dediyim o imtahana yaxınlaşan tələbələr) bu qədər faydalıdırsa, bundan yararlanmaq lazımdır. Sabah qələmlə, dəftəri özünüzlə götürün. Axşam baxacağınız filmdə yanınızda qələmlə kağız da olsun, mənə oxşamayın- kitabı qaralamayın, ağ kağız qələm qoyun kitabınızın yanına. Qeydlərinizi aparın. Düşünün, seçin, araşdırın.

Akıl var mantık var – 1. Taahhüt etkisi

Bəzən müəyyən işlər görmək üçün təcrübəyə ehtiyac var. Pianinoda ifa edə bilmək üçün, basketbol oynamaq üçün. Bəs daha yaxşı düşünmək üçün? Demək olar ki hər kəs: “Məndən yaxşı bilən olacaq?” – deyə ən yaxşı düşünən olduğuna inandığını aşikar edir.

Hər düşündüyümüzü və ya inandığımızı, etdiyimizi və ya dəstəklədiyimiz şeyi şüurlu şəkildə edirik?

Əlbətdəki xeyir, beynimiz çox zaman avtomatik qərarlar verməyə meyilli olur. Bir quş görsək, onun uçacağını bilərik. Bütün quşlar uçur; gördüyümüz quşdur; Deməli bu quş uçacaq. Lakin bu həmişə belə olmur. Özümüzün belə xəbəri olmadan kiçik səhvlər buraxa bilərik.

Bax burda məsələ gəlir çatır podcastımızın mövzusuna.

Podcastı bu linkdən dinləyə, bu linkdən isə youtube-da izləyə bilərsiniz.

Taahhüt etkisi, bizim dildə öhtəlik təsiri mənasını verir.

Öhtəlik təsiri – insanların cəmiyyət, topluluq qarşısında verdiyi söz və ya qərarlara əməl etmə təzyiqi hiss etməsinə deyilir.

Bu təsiri ortaya çıxaran bəzi təcrübələr var, onlardan birini qeyd edək: bir qrup insana elektrik qənaət layihəsinə qatılmağı təklif edirlər. Razılaşan qrupları iki yerə bölürlər, sadəcə ilk hissəyə adlarınım şəhər qazetində yer alacağı qeyd edilir. Təxmin edin görək hansı qrup daha çox işığa qənaət etmiş olur ayın sonunda? Əlbətdə ki, qazetdə adları çıxanlar.

Öhtəlik təsiri, nəinki sözlü, yazılı və ya hər hansı bir qeyd, forma, başqalarının bilməsi şəklində ola bilər. Status kimi paylaşdığınız, dostunuza dediyiniz; hətta kağıza yazıb otağınızdan asdığınız qərar belə öhtəlik təsiri effekti verir. Nəticədə siz o qərarı reallaşdırma təzyiqi hiss edərsiniz.

Öhtəlik təsirinin nə olduğunu və necə işlədiyini bildik. Bəs bizə nə faydası? Bax elə əsas məsələ də burdadır. Öz xeyrimizə işlədə bilərik. Bir layihə reallaşdıracaqsız? Bunu elan edin. Siqareti atacaqsınız? Twit-ləyin. İmtahandan neçə bal yığmaq üçün çalışırsız? Yazın onu kağıza, iş stolunuzun üzərindən divara yapışdırın.

Nəticədə verilən sözə əməl etmək üçün özünüzdə motivasiya hiss edər və həmçinin söz verməyin təsirindən o qərarı reallaşdırmağa çalışarsınız.

Hər şeyi də mən deməyəcəm ki? Bəs kim bundan mənfi mənada işlədir, o da podcasta qalsın. Podcastı dinləyib anladıqlarımı və fikirlərimi yazdım, podcastın hərfi tərcüməsini yox. Dinləyin. 7 dəqiqədi.

Əsas məsələ, etmək istəmədiyiniz və ya edəcəyinizə qərar vermədiyiniz şeyləri insanlar qarşısında dilə gətirməyin. Bu sizdə öhtəlik təsiri yaradar, nəticədə məcburiyyət hiss edərsiniz.

Akıl var mantık var. (Bəyəndim bu podcastı. Növbəti bölümlərin gözləyək.)